Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir.
Medianews.az xəbər verir ki, dağıntılar altından yenidən meyitlər çıxarıldıqdan sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb.
Bildirilib ki, tələbələrdən biri olan Şahin Vəliyevin dayısı cənazənin bacısı oğluna aid olduğunu təsdiqləyib.