İstanbulun Avcılar bölgəsində dəniz təxminən 15 metr geri çəkilib.
Medianews.az xəbər verir ki, dəniz geri çəkilməsindən sonra ortaya çıxan görüntülər insanları qorxuya salıb.
Yerli sakinlərdən biri bildirib ki, keçən həftəyə qədər sahil kənarında dalğalara görə gəzmək mümkün olmurdu.
“Hazırda dənizin 15 metr geri çəkilməsinə görə sahildə rahatlıqla gəzmək mükündür”-,deyə Hasan Fener adlı şəxs bildirib.
Sözügedən görüntülər sosial mediada da ciddi müzakirələr yol açıb. Bir çox sosial media istifadəçiləri bunun Türkiyədəki zəlzələ ilə əlaqəli olduğunu vurğulayıb.
Medianews.az