Kahramanmaraş mərkəzli 10 vilayətdə baş verən zəlzələdən sonra Zəlzələni Gücləndirmə Dərnəyinin (DEGÜDER) sədri Sinan Türkkandan diqqətçəkən bir çağırış gəlib.
Medianews.az xəbər verir ki, Türkiyənin hər yerində 6-7 milyon riskli evdən bəhs edildiyini bildirən Türkkanın açıqlamaları qalmaqala səbəb olub.
“Güclü zəlzələdə zərər görəcəyi gözlənilən bu evlərin 5 milyonunu gücləndirməklə xilas etmək olar. Bu evlərin 600 mini İstanbuldadır”-deyə sədr bildirib.
Türkkan daha sonra binaların tikinti prosesində keyfiyyətsiz materiallardan istifadə olunduğunu da qeyd edib:
“Tez hərəkətə keçməliyik. Zəlzələlərə qarşı gücləndirmə tam elmi üsullarla və uzunmüddətli araşdırmalardan sonra müəyyən edilən ən ideal vasitələrlər həyata keçirilir. Riskli bina müəyyən edilərkən ilk növbədə laboratoriya tədqiqatları aparılır. Daha sonra biz müvafiq olaraq statik analiz, məsrəf və uyğunluq təhlili aparmalıyıq”.
Medianews.az