Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olan zəlzələdən sonra fəlakət bölgəsinə gələn türkiyəli model Tuğba Özay şok iddialarla gündəmə gəlib.
Medianews.az xəbər verir ki, zəlzələ bölgəsində olan Tuğba Özay açıqlamasında bölgədəki otellerin çöldə qalan insanlardan gecələmək üçün pul aldığını iddia edərək onları tənqid edib.
“Mersində 2 otellə bağlı məlumat ələdə etmişəm. Məlumata görə zəlzələ qurbanlarımızdan biri oteldə 5 saat yatmaq üçün 950 TL ödəyib . Belə şeyləri gördükcə yayın, polisə müraciət edin”-deyə türkiyəli model bildirib.
Medianews.az