Türkiyədə zəlzələ nəticəsində ölənlərlə bağlı son statistika açıqlanıb.
Medianews.az xəbər verir ki, ölənlərin sayı 31 643 nəfərə çatıb.
Bu barədə AFAD məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.