Kastamonuda sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər xəsarət alıb.
Medianews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankaradan Sinopa gedən avtobus Kastamonu yolunda idarəetmədən çıxaraq qarşı zolağa aşıb.
Polis və təcili tibbi yardım qəza yerinə sövq edilib.
Qəza nəticəsində 30 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Medianews.az