Zəlzələnin yararsız hala saldığı Adıyamanda şəhərin mərkəzindəki demək olar ki, bütün binalar dağılıb, lakin 40 illik saat qülləsi dağıntılar arasında dik dayanıb.
Medianews.az xəbər verir ki, tarixi saat hələ də zəlzələnin baş verdiyi 04:17-ni göstərməkdə davam edir.
Kahramanmaraş mərkəzli 10 vilayətə təsir edən və ən çox ziyanın baş verdiyi vilayətlərdən biri olan Adıyamanın simvollarından biri olan saat qülləsinin bu görüntüləri sosial mediada da gündəm olub.
Qeyd edək ki, zəlzələnin 8-ci günündə insanları canlı olaraq tapmaq ümidi ilə çalışan axtarış-xilasetmə qrupları dağıntılar altında qalan meyitləri çıxarır.
Medianews.az