Qaziantepin zəlzələ fəlakətindən böyük zərər görən Nurdağı mahalı tamamilə sökülərək yenidən tikiləcək.
Medianews.az bildirir ki, zəlzələnin 8-ci günündə Nurdağında dağıntıların çıxarılması və axtarış-xilasetmə işləri davam edərkən, rayonun yüz faizinin söküləcəyi bildirilib.
Vali Bilgin, “Bütün qruplarımız birlikdə çalışır. Bütün komandalarımızın böyük əməyi var. Nurdağındakı son 8 mənzildə dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. Türkiyənin birliyi və bütövlüyü olduğu müddətcə İnşallah ən qısa zamanda bunların öhdəsindən gələcəyik. Kədərlənirik, çox canımızı itirdik” deyib.