İtaliya A Seriyasında çıxış edən Atalanta komandasında çıxış edən milli futbolçu Merih Dəmiralın Kahramanmaraşda zəlzələdən zərər çəkənlər üçün başlatdığı yardım kampaniyasında ianə məbləği 7,5 milyon TL-ni keçib.
Medianews.az bildirir ki, Merih Twitter hesabından verdiyi açıqlamada hərraca çıxarılan Kərim Benzema və Harri Keyn formalarının 1 milyon 250 min lirəyə satıldığını qeyd edərək, “Beləliklə, zəlzələ bölgəsinə köçürülən ümumi məbləğ daxilində Kampaniyamız 7 milyon 550 min lirəyə çatıb. Köynək satışından əldə edilən gəlirin hamısı zəlzələ bölgəsində istifadə olunacaq. Bu səhər Dostlar Dərnəyinin hesabına yatırıldı” deyə qeyd edib.
Milli futbolçunun təşəbbüsü ilə bir çox məşhur futbolçuların imzalı formaları zəlzələdən zərərçəkənlər üçün istifadə olunmaq üçün hərraca çıxarılıb.
Merih Dəmiralın zəlzələ qurbanları üçün ianə kampaniyasına dəstək verən futbolçular və imzalanan məhsullardan əldə olunan gəlirlər belədir:
Cristiano Ronaldo: 4.000.000 TL
Kərim Benzema: 1.000.000 TL
Leonardo Bonucci: 500.000 TL
Paulo Dybala: 500.000 TL
Kevin de Bruyne: 350.000 TL
Eden Hazard: 325.000 TL
Alvaro Morata: 325.000 TL
Antuan Qrizmann: 300.000 TL
Harri Keyn: 250.000 TL