“Formamı verə bilmərəm, bunları Türkiyəyə yardım etmək üçün toplayırıq”.
Medianews.az xəbər verir ki, bu sözləri “AZ Alkmaar” futbol klubunun oyunçusu Jordy Clasie söyləyib.
Futbol matçından sonra azyaşlı azərkeşinə yaxınlaşan Jordy balacanın ondan nə istədiyini soruşub. O isə cavabında tanınmış futbolçudan onun əynindəki formanı istədiyini deyib.
Jordy Clasie bildirib ki, bu formalar Türkiyədəki zəlzələ qurbanlarına yardım üçün toplanıb, müvafiq yerlərə bağışlanacaq.
Daha sonra isə futbolçu formasını istəyən azərkeşinə bunun əvəzinə öz gödəkcəsini verib.