Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Həkimlərin apteklərlə əlbir yeni qazanc metodu – ARAŞDIRMA

XƏYALƏ
13/02/2023 12:40
90
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiyməti 2015-ci ildən başlayaraq Tarif Şurası tərəfindən tənzimlənsə də, bu, ötən müddətdə qiymətlərin yüksək olması ilə bağlı şikayətlərin azalmasına səbəb olmayıb. Əksinə, son dövrlər narazılıqlar bir az da artıb. Hərçənd ki, qiymətlərin tənzimlənməsi əksər dərman vasitələrinin bir neçə dəfə ucuzlaşmasına səbəb olub.

Heç kəsə sirr deyil ki, Azərbaycanda əksər həkimlərin gəlir mənbələrindən biri də əczaçılıq şirkətləridir. Xəstələrin müalicəsi üçün yazılan vasitələrin müqabilində şirkətlər həkimlərə ödəniş edirlər.

Medianews.az xəbər verir ki, “Qafqazinfo”nun aptek sahəsində çalışanlardan əldə etdiyi məlumata görə, həkim reseptlərində əvvəllər dərman vasitələri, xüsusilə də antibiotiklər üstünlük təşkil edirdisə, hazırda bioloji fəallığa malik qida əlavələri daha çoxdur. Məsələ burasındadır ki, dərman qiymətlərinin tənzimlənməsi şirkətlərin bu vasitələrin xəstələrə təyin edilməsinə görə əvvəlki səviyyədə ödəniş etmələrinə imkan vermir. Bu baxımdan xəstəliklərin müalicəsində bir çox hallarda dərmanları bioloji fəallığa malik qida əlavələri “əvəz etməli” (bu ifadəni dırnaqda yazmağımızın səbəbi yazının sonrakı hissəsində məlum olacaq) olub.

Dərman vasitələrindən fərqli olaraq ölkəyə idxal prosesi xeyli sadə olan (bu məhsullar dövlət qeydiyyatına alınmır) bioloji fəallığa malik qida əlavələrinin qiymətləri tənzimlənmir, sərbəst olaraq müəyyən edilir. Sahibkar qiyməti sərbəst şəkildə müəyyən etdiyindən məhsulun xəstələrə təyin edilməsi üçün ödədiyi məbləği məhsulun maya dəyərinə əlavə edə bilir.

Araşdırma nəticəsində məlum olub ki, son illərdə belə məhsulların ölkədə geniş yayılması şirkətlər arasında rəqabət yaratdığından bu da marketinq xərclərini (əsasən həkimlərə edilən ödənişlər) artırır. Şübhəsiz ki, maya dəyərinin artması qiymətin yüksəlməsini qaçılmaz edir. Təsadüfi deyil ki, bir neçə il əvvəl Dövlət Gömrük Komitəsinin ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyəri ilə apteklərdəki satış qiyməti arasında 6 dəfəyə qədər fərq olduğu bildirilib. Bu da həkim reseptlərində özünü büruzə verib. Eyni zamanda qiymətin tənzimlənməməsi apteklər arasında da fərqin olmasına şərait yaradıb.

Digər tərəfdən bu məhsullar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Qanunvericiliyə görə, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. “Dərman vasitələri haqqında” Qanuna görə, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsilə eyni tərkibli və eyni dozalı ola bilməz.

Həmin qanuna görə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi üçün həkim tərəfindən ancaq tövsiyə oluna bilər, onların həkim reseptinə yazılması qadağandır. Ancaq əczaçılar deyirlər ki, buna da “çarə” tapılıb. Belə ki, şirkətlər həkimləri resept blankına oxşar “tövsiyə vərəqəsi” adlanan qeyd dəftərləri ilə “təchiz ediblər”.

Nəticədə, məsələn apteklərdə dərman vasitəsi kimi satışda olan 15 millilitr məhlulun tərkibində 50 000 BV D3 vitaminini 3,46 manata olduğu halda, xəstələr bioloji fəallığa malik qida əlavəsi kimi təqdim olunan eyni miqdarda məhsul üçün 16-20 manat arasında xərc çəkməli olurlar.

Lakin o da qeyd edilməlidir ki, son aylarda Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərində bir neçə dəfə dəyişiklik edilib. Bununla belə, qiymətləri tənzimlənən dərman vasitələrinin siyahısına nəzər salanda məlum olur ki, burada 13 690 çeşiddə dərman vasitəsi var ki, bunun da 68,3 faizinin və ya 9 357-sinin qiyməti 29 noyabr 2016-cı ildən bəri dəyişməyib. Həmin vaxt dərman vasitələrinin qiymətləri milli valyutanın ucuzlaşması səbəbindən dəyişdirilib.

DAHA ÇOX OXU

Dünya

Gəminin yanması faciəyə səbəb oldu

30/03/2023 09:36
Dünya

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11
export

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39
export

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33
export

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27
export

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23
SON XƏBƏR

Xırdalanda 3 nəfər saxlanıldı: Aralarında "Trans Səbiş"də var - TƏFƏRRÜAT

Azərbaycanlı məşhur iş adamı Bakıda oğluna səs-küylü toy etdi: məşhurlar ora axışdı - FOTO

“Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur?”

Xəbər lenti

Gəminin yanması faciəyə səbəb oldu

30/03/2023 09:36

Mərhum reperin müğənni sevgilisi həbs olundu

30/03/2023 09:14

Ən güvənilən 5 bürc – Bütün sirlərinizi aça bilərsiniz

30/03/2023 08:53

Avtobus qəzası — Ölən və yaralananlar var

30/03/2023 08:48

Gözlənilən BAŞ TUTDU: “Dərviş band” və Niyaməddin Musayevlə birgə duet oxudu – VİDEO

30/03/2023 08:43

Neymar kazinoda iki saata bir milyon avrodan çox pul uduzdu

30/03/2023 07:02

Ebru Şallı boşanır

30/03/2023 06:46

Moskvada məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

30/03/2023 06:16

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

30/03/2023 06:00

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

29/03/2023 21:18

Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul…

29/03/2023 18:41

Fuad Nəsirov müdir TƏYİN OLUNDU

29/03/2023 18:05

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ – Bir dilimi belə zərərli olan QİDALAR!

29/03/2023 17:33

Kamal Dəniz: “Gələcək nəsil bunu bizə bağışlamayacaq”-VİDEO

29/03/2023 17:29

Azərbaycanda direktora şiddətli töhmət verildi, müavin işdən çıxarıldı

29/03/2023 17:27

Nəfəs məsuliyyətə cəlb olunacaq?

29/03/2023 17:25

İlham Əliyev Fazil Mustafa ilə bağlı GÖSTƏRİŞ verdi – SON DƏQİQƏ

29/03/2023 17:05

Silsilə cinayətlər törədən iş adamı həbs edildi

29/03/2023 17:01

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.