Son günlər bir çox insanda yüksək hərarət, halsızlıq və öskürək müşahid olunur. Bu hal əksər insanları təlaşa salıb.
BAKU.WS xəbər verir ki, əlamətlər koronavirusla eyni olsa da yayılan virus infulenzadır.
Mütəxəssislərin sözlərinə görə, bu iki xəstəliyi bir-birindən ayrımaq qeyri-mümkündür. İnfeksionist Mehriban Əmirova aztv-yə bildirib ki, hər iki virus qızdırma, boğaz ağrısı, burun axıntısı, əzələ ağrısı və digər əlamətlərlə özünü göstərir: “Şəkərli diabeti, ürəyində problemi olan, qaraciyər və ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslərdə infulenzanın ağırlaşma riski yüksəkdir”.
Əfsuslar olsun ki, bu xəstəliyi ciddiyə almayanlara və ona barmaqarası baxanlara rast gəlinir. Həkimlər hesab edir ki, xəstəliyin ən ciddi ağırlaşma mərhələsi ağciyər iltihabıdır və yuxarı tənəffüs yollarında özünü büruzə verir. Terapevt Nərgiz Kərimova isə deyib ki, yeni yayılan infulenzanın A və B formaları var:
“Xəstəliyin A forması daha kəskin keçir. Uşaqlarda daha çox burun axıntısı mövcud olur. Əgər düzgün və vaxtında müalicə olunmazsa, həm uşaqlar, həm də böyüklərdə qulağa verilən ağırlaşmalar olur”.
Həkimlərin tövsiyyəsi budur ki, qripə yoluxan şəxslər birmalı olaraq çoxlu maye qəbul etməlidir. Meyvə və tərəvəzlərdən bol istifadə də vacibdir.