Türkiyədə minlərlə insanın ölmünə səbəb olan zəlzələdə 167 saatdan sonra daha bir möcüzə baş verib.
Medianews.az xəbər verir ki, Hatayın Antakiya bölgəsində bir nəfər xilasedicilərin böyük səyi nəticəsində dağıntıların altından çıxarılaraq hər kəsə salam verib. Həmin şəxs bildirib ki, qum, çınqıl yeyərək sağ qalmağı bacarıb.
Zəlzələ qurbanının xilasetmə anlarının ardından böyük sevinc yaşanıb. Axtarış-xilasetmə qrupları sevincdən ağlayıb.
Medianews.az