Kahramanmaraşda baş verən 7.7 bal gücündə zəlzələdə 2 tibb bacısının reanimasiya şöbəsində müalicə olunan körpələrin inkubatorları qorumaq cəhdi təhlükəsizlik kameralarına əks olunub.
Medianews.az bildirir ki, Qaziantep Böyükşəhər Bələdiyyəsi İnayet Topçuoğlu Dövlət Xəstəxanasının yeni doğulmuş reanimasiya şöbəsində çalışan tibb bacıları Nizam Gazel Çalışkan, Kahramanmaraşda baş verən 7.7 bal gücündə zəlzələdə böyük çaxnaşma yaşayıb.
Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə titrəmənin hiss olunduğu anlarda panika keçirən tibb bacıları vaxtından əvvəl doğulan və xəstə körpələrin yerləşdiyi inkubator otağına qaçıblar. Şiddətli sarsıntıya baxmayaraq, ayağa qalxmaqda çətinlik çəkən tibb bacıları dərhal inkubatorları qucaqlayıblar. Tibb bacıları silkələnmə zamanı inkubatorların aşmasının qarşısını almaq üçün çox səy göstəriblər.