Malatyada baş verən zəlzələ anı ilə bağlı yeni görüntü ortaya çıxıb. Vətəndaşların qorxu içində qaçdığı anlar kameraya əks olunub.
Medianews.az xəbər ki, Kahramanmaraşda baş verən zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olan Malatyada zəlzələ anı ilə bağlı yeni görüntü ortaya çıxıb. Binadakı kabellərin qığılcımları və park edilmiş avtomobillərin titrəməsi təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub.