PSJ-nin argentinalı superulduzu Lionel Messi sosial media hesabı vasitəsilə Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkən uşaqlar və onların ailələri üçün ianə çağırışı edib.
Medianews.az bildirir ki, Messi 429 milyon insanın izlədiyi Instagram hesabından paylaşdığı mesajda “Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlərdir. Ürəyim onlarladır”. O, izləyicilərini ilk gündən zəlzələ zonasında uşaqları qorumaq üçün çalışan UNICEF-ə ianə verməyə çağırıb.
35 yaşlı argentinalı futbolçunun paylaşımı 20 dəqiqə ərzində 700 mindən çox bəyənmə toplayıb.
Lionel Messi də Merih Dəmiralın zəlzələ qurbanları üçün başlatdığı kampaniyaya imzalı formasını bağışlayıb.