Hatayda həyat yoldaşı Hilal Nur ilə dağıntılar altından sağ çıxarılan Rıfat Uzunmehmet adlı şəxs iki övladını itirib.
Türkİyə mediasına istinadən xəbər veririk ki, övladları – 5 yaşlı Eyüp Asaf və 6 aylıq Hira Nuru ata Trabzonda dəfn edib. Rıfatın övladlarının tabutu yanında çəkilən fotosu isə dünyada gündəm olub.
Ana Hilal Nur Uzunmehmet isə hazırda xəstəxanada müalicəsini davam etdirir.