İki nəfər şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Medianews.az-a Nizami rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, yanvarın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanıb İş üzrə 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.