Ana və 5 yaşlı oğlu bir – birinə qovuşdu.
İki dəhşətli zəlzələdən günlər keçsə də ümidlə axtarışlar davam edir.
Medianews.az xəbər verir ki, Hatayda xilas edilən ana və 5 yaşlı oğlu, xəstəxanada bir- birinə qovuşub.
Belə ki, axtarış-xilasetmə qrupları tərəfindən 36 saat sonra dağıntılar altından çıxarılan uşaq Hatay Araşdırma Xəstəxanasına ilk müalicəsinin ardından isə Adana Araşdırma Xəstəxanasına köçürülüb .
Oğlundan təxminən 1 saat sonra xilas edilən ana da eyni xəstəxanaya aparılıb.
Eyni xəstəxanada müalicə olunduqlarından xəbərsiz olan ana oğlunu tapmaq üçün səhiyyə işçilərindən kömək istəyib.
Ailəsi yanında olmayan uşaqların şəkillərini çəkən Sosial işçi ananın oğlunu axtardığını öyrənincə şəkilləri göstərərək ana ilə oğlunun görüşməsinə şərait yaradıb.
Oğlunun müalicə olunduğu otağa gətirildiyini görən ananın keçirdiyi sevincə şahidi olan işçilər göz yaşlarına qərq olublar.