Kahramanmaraşda baş verən iki böyük zəlzələ onlarla binanın dağılmasına səbəb oldu.
Medianews.az xəbər verir ki, əldə edilən bir video material bir binanın hələ 2021 – ci ildə çatlamasını göstərib.
Məlum olub ki, Alpargün mənzilinin divarları zəlzələdən əvvəl çatlayıb.
Fevralın 6-si baş verən iki zəlzələdə dağılan ilk binalardan biri məhz bu bina oldu.
Adı çəkilən 16 mərtəbəli Alpargün Mənzili axtarış-xilasetmə qruplarının ilk gündən intensiv müdaxilə etdiyi binalardan olub.
32 mənzilli mənzildə hələlik sağ qalan tapılmayıb.
92 nəfərin yaşadığı öyrənilən binada dağıntılar arasından 80 nəfərin cəsədi tapılıb.