Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Malıbəyli və Quşçular kəndi 31 ildir işğal altındadır

XƏYALƏ
11/02/2023 08:12
81
BAXIŞ
FacebookTwitterTelegram

11 fevral 1992-ci ildə erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib. 28 il erməni işğalı altında qalan kəndlər İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçib.

Bəs, 11 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 11 fevral 1725-ci ildə Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bundan üç gün əvvəl (8 fevral) ölən çar I Pyotr sələflərinə ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyi vəsiyyət edib.

2. 11 fevral 1794-ci ildə ABŞ senatının ilk sessiyası keçirilib.

3. 1873-ci ilin bu günündə Kral I Amadeo İspaniyadan imtina edib.

4. 11 fevral 1968-ci ildə İsrail-İordaniya sərhəddində qarşıdurma baş verib.

5. 1809-cü ilin bu günü ingilis ixtiraçısı Robert Fulton buxarlı gəminin patentini alır. Yelkən və kürək istifadə edilmədən suda üzən ilk gəmi idi və bu, Amerika hökuməti tərəfindən böyük maraqla qarşılanır. R.Fulton 1815-ci ildə ABŞ hökumətinin təklifi ilə ilk buxarlı döyüş gəmisini də yaradır.

6. 1929-cu ilin 11 fevralında İtaliya hökuməti ilə Roma Papası arasında Lateran sazişi imzalanıb. Baş nazir Benito Mussolini ilə Papa XI Piyin imzaladığı həmin sənədə görə, Vatikan suveren dövlət elan olunub.

7. Amerika Mətbuat Birliyi Fondu “Amerika və Kanada xaricində dərc olunan qəzetlər üçün” müəyyən etdikləri Dünya Mətbuat Uğur Mükafatını 1965-ci ilin bu günü Türkiyədən “Yeni Adana” qəzetinə verir. Qəzet bu mükafatı alan ilk və tək Türkiyə qəzeti olaraq tarixə düşür.

8. 11 fevral 1959-cu ildə Türkiyə ilə Yunanıstan arasında Kipr adası ilə bağlı Sürix-London müqavilələri imzalanıb. Daha sonra Britaniyanın, habelə adanın yunan və türk icmalarının da imzaladığı sazişlərə əsasən, 1960-cı ildə Kiprdə iki icmanın birgə dövləti yarandı. Amma ideya az sonra iflasa uğradı və adada hərbi münaqişə başladı.

9. 1978-ci ilin 11 fevralında Təbriz avtovağzalının yerləşdiyi Rahahən meydanında nümayişçilər İran şah ordusu tərəfindən atəşə tutulur. Bir il sonra – 1979-cu ilin 11 fevralında İranda İslam inqilabı baş verib. Nəticədə Pəhləvi sülaləsinin monarxiya rejimi devrilib, İran şahı başqa ölkəyə qaçıb və İran İslam Respublikası elan olunub.

10. 2006-ci ilin 11 fevralında alman arxeoloqlar Şanlıurfa Göbəkli təpəsində bəşəriyyətin ən qədim xəbər sistemi olaraq xarakterizə etdikləri və bu gün də istifadə edilən yazının ibtidai forması olan işarələr tapıblar.

11 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Zəngilər sülaləsindən olan hökmdar, atabəy Nurəddin Mahmud Zəngi 1118-ci ilin bu günündə anadan olub.

2. 11 fevral 1740-cı ildə II Şah Təhmasib vəfat edib. O səfəvilər xanədanlığından olan X şahı və Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu idi.

3. Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı 11 fevral 1884-cü ildə vəfat edib. O Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi idi.

4. 11 fevral 1845-ci ildə Əhməd Tofiq Paşa anadan olub. O Osmanı imperiyası dövründə 3 dəfə – ümumilikdə 2 il 4 ay 29 gün sədrəzəm olub. Ən başlıcası isə Osmanlının sonuncu sədrəzəmi kimi o tarixə düşüb.

5. Sovet İttifaqı Qəhrəmanı Bəkir Mustafayev 11 fevral 1898-ci ildə anadan olub.

6. Ədəbiyyatşünas, tənqidçi, AYB-nin üzvü, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov 11 fevral 1920-ci ildə doğulub.

7. Bu gün Qərb fəlsəfəsinin görkəmli şəxsiyyəti, fransız filosof, fizik, riyaziyyatçı Rene Dekartın xatirə günüdür.

8. 1784-cü ilin 11 fevralında Azərbaycanın maarifçi və böyük satirik şairi Qasım bəy Zakir dünyaya gəlib. Qasım bəy Zakir 19-cu əsrin I yarısında yaranmağa başlayan realist ədəbiyyatın görkəmli nümayəndəsi, Vaqif ənənələrinin davamçısı sayılır. Onun lirik şeirlərində xalq poeziyasının təsiri güclüdür. Mənzum hekayələr və təmsilləri ilə Q.Zakir Azərbaycan satirik ədəbiyyatının gözəl nümunələrini yaradıb. (1784-1857)

9. Rus diplomatı və yazıçısı Aleksandr Qriboyedov 1829-cu ilin bu günü Tehranda qətlə yetirilib.

10. 11 fevral 1847-ci ildə ABŞ-ın Ohayo ştatında məhşur Amerika ixtiraçısı Tomas Alva Edison anadan olub. O, dünyada ilk dəfə ictimai istifadə üçün elektrik stansiyası yaradıb. (1847-1931)

DAHA ÇOX OXU

1-MANŞET

“Talış kəndində mindən çox insan yaşayacaq”

18/03/2023 20:39
1-MANŞET

Suqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu

18/03/2023 19:28
1-MANŞET

Azərbaycanla Türkiyə arasında daha bir əməkdaşlığa dair protokol təsdiqləndi

18/03/2023 18:52
1-MANŞET

Putin Azərbaycanla bağlı sənədi İMZALADI

18/03/2023 18:23
1-MANŞET

Zelenski Bəşər Əsədə 10 il müddətinə sanksiya tətbiq etdi

18/03/2023 17:47
Dünya

“Danışıqların alternativi yoxdur, başqa yol müharibədir” – Erməni deputat

17/03/2023 17:10
SON XƏBƏR

NASA zəlzələnin peyk görüntüsünü yaydı - Foto

Çatana daş, çatmayana söz atan BÜRCLƏR – İLK DÖRDLÜK 

Tanınmış aktrisa zərərçəkənlərə BELƏ KÖMƏK ETDİ-VİDEO

Xəbər lenti

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38

Səhər yeməyinə bunları yemək faydalıdır

22/03/2023 07:27

Rusiyada da zəlzələ oldu

22/03/2023 07:21

Həkimi Kirkorovun əməliyyatdan sonrakı görüntüsünü paylaşdı

22/03/2023 07:00

“Çox ağır günlər keçirirəm”

22/03/2023 06:40

FILE PHOTO: 3D printed natural gas pipes are placed on displayed EU and Russian flags in this illustration taken, January 31, 2022. REUTERS/Dado Ruvic/Illustration/File Photo

Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?

22/03/2023 06:23

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

22/03/2023 06:06

Zelenski G7 sammitində iştirak edəcək

22/03/2023 05:50

Özbəkistanda güclü zəlzələ baş verdi

21/03/2023 22:45

“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” – Xalq artistinin oğlu – FOTO

21/03/2023 22:35

İldə iki dəfə yemək bişirir — Doğuşdan Xoşqədəmə

21/03/2023 22:20

Daha bir ölkədə 6,8 bal gücündə zəlzələ OLUB

21/03/2023 22:09

Toy mərasimindəki şouda gəlin həyatının ŞOKUNU YAŞADI – VİDEO

21/03/2023 22:03

Şizofreniya xəstəliyinin ƏLAMƏTLƏRİ

21/03/2023 21:44

Küçədə yaşlı kişinin sinəsindən bıçaqlayıb QAÇDI

21/03/2023 21:21

İrandan Azərbaycana qarşı təxribat — Hərbi təyyarələr yenə uçuşlar edir

21/03/2023 21:08

Dilarə mərhum “Toppuş bacı”nın qızı ilə… – FOTOLAR

21/03/2023 21:05

Rusiya raketləri Krımda MƏHV EDİLDİ

21/03/2023 21:01

Ermənilərlə ruslar görün nə edir – MÜDAFİƏ NAZİRLİYİ VİDEO YAYDI

21/03/2023 20:45

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.