Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dəniz İşləri Baş İdarəsi İskəndərun Limanında baş verən yanğının söndürüldüyünü və dənizçilik fəaliyyətlərinin bərpa edildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki,verilən açıqlamada İskəndərun Limanında baş verən yanğının söndürüldüyü, ərazidə mindən çox konteynerin bir-bir ayrılması işlərinin davam etdiyi bildirilib.
Limanın reabilitasiyasının sürətlə başlayacağı ifadə edilən açıqlamada, dənizçilik fəaliyyətlərinə də başlanıldığı bildirilib.
Medianews.az