Türkiyəli alimin zəlzələ ərazisindən paylaşdığı peyk rəsmləri hər kəsi heyrətləndirib.
Medianews.az xəbər verir ki, iqlimşünas alim Barış Önol fevralın 6-da Kahramanmaraş, Pazarcık, Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Hatay bölgəsində yerləşən Antakyaya aid peykdən çəkilən 2 şəkil paylaşıb.
Həmin görüntülərdən biri 25 yanvar, digəri isə 9 fevral tarixində qeydə alınıb.
Bu fotoşəkillərdən ibarət simulyasiyada görünən böyük fərq görənləri şoka salıb. Həmin fotolar Antakyanın böyük bir hissəsinin zəlzələ nəticəsində dağıldığını ortaya çıxarıb.
Aytac Şahin
Medianews.az