Mərkəzi Kahramanmaraşda olan və 10 vilayətə dəhşətli dərəcədə ziyan vuran 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bölgələrdə yeraltı təkanlar hələ də davam edir.
Medianews.az xəbər verir ki, bu gün Osmaniye adlanan ərazidə, Musa Şahin bulvarında baş verən təkanlar 4 mərtəbəli binanın uçulması ilə nəticələnib.
Bölgəyə dərhal axtarış-xilasetmə qrupları göndərilib. Uçulan binadakı insanların həyatını qurtarmaq üçün təcili sürətdə işlərə başlanılıb.
Aytac Şahin
Medianews.az