Hatayda xilasedicilər tərəfindən 1 yaş yarımlıq körpə Sela və ailəsi 96 saatdan sonra sağ-salamat çıxarılıb.
Axtarış Qurtarma Qrupları (PEAK) Hatayda körpə qızı Sela Elbarazi və ailənin 4 üzvünü dağıntılar altından xilas edib.
Dağıntılar altından xilas edilən Sela Elbarazi həkim briqadasına təhvil verilib.
Uşağın ağlayaraq ailəsini xilas etdiyini bildirən xilasedicilər göz yaşlarını saxlaya bilməyiblər.
Medianews.az