Çərşənbə axşamı, 28 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

AZƏRTAC-ın keçmiş əməkdaşı feyzbukda Prezidentə müraciət etdi: “Sonuncu postumdur, intihar edəcəm…”

XƏYALƏ
10/02/2023 10:22
212
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş əməkdaşı Aygün Əliyeva intihar edəcəyini bəyan edib.

“Feysbuk” səhifəsində paylaşım edən jurnalist agentliyin keçmiş və indiki rəhbərliyinin, habelə Ali Məhkəmənin ona qarşı təzyiqlərinə görə həyatına qəsd etmək qərarına gəldiyini yazıb. A.Əliyeva Prezident İlham Əliyevə də müraciət ünvanlayaraq üzləşdiyi haqsızlıqları təsvir edib: “Bu, sonuncu postumdur. Bu gecə mənimçün hər şey bitəcək. Amma əvvəlcə deyəcəm. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq müraciətimdir. Bir də belə haqsızlıqlar yaşanmasın deyə. Mən iki ildən çoxdur AZƏRTAC və onun keçmiş rəhbəri Aslan Aslanovla hüquq çərçivəsində mübarizə aparırdım. Ötən il Ali Məhkəmə heç gözləmədiyim halda, heç bir təzyiqə baxmadan əleyhimdə olan qərarları ləğv edib, Apellyasiya Məhkəməsinə göndərmişdi və biz işi bu instansiyada udduq.

Qalibiyyətimizdən az sonra cənab Prezident İlham Əliyev Aslan Aslanovu işdən azad etdi və onun mənə etdiyi şəxsi haqsızlıq daxil bütün paxırlarının üstü açıldı. Aslanov və oğlu Tural Aslanovun məndən aylıq “dolya” istəmələri, sonra Prezident Administrasiyasının adı ilə hədələməsini də bu qanunsuzluqların üstünə əlavə etmək olardı. AZƏRTAC-a yeni rəhbərlik gəldi. Mənim də yaxşı tanıdığım Vüqar Əliyev. Az sonra məlum oldu ki, Aslan Aslanov getmədən qabaq yenidən Ali Məhkəməyə müraciət edərək Apellyasiya Məhkəməsinin qərarını ləğv etməyi xahiş edib.

Bir gün mənə Vüqar Əliyev zəng edib “gəl barışıq edək, mən sənə təzminat vermirəm, işinə də bərpa etmirəm, ancaq sənə verilən haqsız maddəni ləğv edim, sən də get iş tap” deyəndə “axı, mən haqlıyam, sən də bilirsən, niyə mənə bu cür barışığı təklif edirsən” deyə soruşdum. Cavab bu oldu ki, “sən haqlısan davanda, Aslan haqqa girib. Amma mən də onun etdiyinə görə cavab verməli deyiləm, təzminatı da ödəyə bilmərəm, çünki xərcləməli başqa yerlər var” oldu. Mənimsə cavabım bu oldu: Mən ölkəmin Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə inanıram. Onlar bir dəfə səhv hesab edib geri qaytardıqları və bu dəfə düz qərar çıxaran Apellyasiya Məhkəməsinin qərarını ləğv etməyəcəklər.

Amma sən saydığını say. Ali Məhkəmə absurdluğa imza atdı. Ötən il Apellyasiya Məhkəməsinin məni haqsız çıxaran qərarını ləğv edib geri qaytarır. Yenidən keçirilən Apellyasiya Məhkəməsi bu dəfə işi dərindən araşdıraraq 19 bənd üzrə mənı haqlı bilir. Amma Ali Məhkəmə bu qərarı da səhv hesab edib, işi yenidən Apellyasiya Məhkəməsinə göndərir. Sual olunur:bəs hansı qərarı gözləyirsiz, cənab hakim Aqil Abbasov? Üçüncü qərar nə ola bilər?”.

A.Əliyeva yazır ki, AZƏRTAC-ın yeni rəhbərliyi sırf uduzub ona təzminat verməsin deyə, Ali Məhkəməyə təzyiq edərək, onun yenidən uduzmasına nail olub. “Dövlətin milyonlarını yeyən Aslan Aslanov getdi, Vüqar Əliyev gəldi, amma dəyişən heç nə olmadı. Haqsızlıq davam edir”, – jurnalist əlavə edib.

“Mənim artıq yaşamağa səbəbim yoxdur. Ana olmaq kifayət deyil, uşaqlarına baxa biləcək ana olmaq lazımdır. Üstəgəl, mənim inamım itib. Yoxdur daha. İnamsız yaşamaq olmur. Mənə bilirsiz nə dedilər? Sən dövlətlə dalaşıb, udacaqdın ki? Yox, mən dövlətlə dalaşmırdım. Mən dövlətin mənim haqqımı bərpa etməsi üçün ali hüquq vasitəsilə haqqımı axtarırdım. Tapdım da. Amma dedilər ki, elə deyil. Aslanovun başladığı bu haqsızlığa davam edəcəyik, çünki o, dövlət adından dalaşıb. Mən bu haqsız maddəyə görə iş tapa bilmirəm. Çünki yenə dövlət bu yazılmamış qaydanı qoyub. Yaşamıma son vermək qərarı aldım. Bunun günahkarı AZƏRTAC-ın rəhbərliyi, onların sözü ilə haqsız qərar verən Ali Məhkəmə hakimləridir”, – Aygün Əliyeva yazıb. “AzPolitika.info”

 

 

DAHA ÇOX OXU

export

Azərbaycanda küçə itlərini kütləvi zəhərlədilər – İDDİA – VİDEO

27/03/2023 16:24
export

Yaxtada evlilik təklifi etdi, hesabı ödəmədən qaçdı – VİDEO, FOTO

27/03/2023 16:06
export

DSX-nin zabiti vəfat etdi – Foto

27/03/2023 15:26
export

Etdikləri rəqs ilə insanları qorxuya saldılar – VİDEO

27/03/2023 15:23
export

Mübahisə etdiyi gənci dizindən belə güllələdi – ANBAAN VİDEO

27/03/2023 15:00
1-MANŞET

Məscidə gələn insanlar gördükləri mənzərə qarşısında ŞOKA DÜŞDÜLƏR – VİDEO

27/03/2023 14:31
SON XƏBƏR

"İlham Əliyevə salam deyin" - Dağıntıların altından xilas edilən qadın / VİDEO

Kemal Sunalın reklam etdiyi binalar... İllər əvvəl çəkilənlər reallığa çevrildi - VİDEO

Zəlzələnin simvoluna çevrilən körpənin ACI HEKAYƏSİ

Xəbər lenti

“Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki…”

28/03/2023 05:12

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər – VİDEO

27/03/2023 23:11

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

27/03/2023 22:20

Məşhur müğənninin avtomobilini oğurladılar – FOTO

27/03/2023 22:00

AFFA “Qarabağ”ın futbolçusunu milliləşdirmək istəyir

27/03/2023 21:45

İstanbulda akvakultura yoxlamasında “kriptik köpəkbalığı” ələ keçirildi

27/03/2023 21:30

Səmada nadir hadisə: Ay Venera ilə yan-yana – VİDEO

27/03/2023 21:13

Ticarət mərkəzində biabırçılıq: Qızlar əlbəyaxa oldu – VİDEO

27/03/2023 20:54

Hacı Nuranın köməkçisi aparıcının SON DURUMUNDAN DANIŞDI

27/03/2023 20:39

Polis bu uşaqla bağlı əhaliyə müraciət etdi – DİQQƏT!

27/03/2023 20:26

Yoldaşınnı və uşaqlarının üzərinə benzin tökərək özünü bıçaqlayan şəxs sərbəst buraxılıb

27/03/2023 20:13

Ərdoğan: “Narahat olmayın, bütün bunların öhdəsindən gələcəyik”

27/03/2023 19:59

“Moskva İrəvanın bu addımını qəbuledilməz hesab edir” – Rusiya XİN

27/03/2023 19:45

Süni intellekt aparıcılıq etdi – VİDEO

27/03/2023 19:36

İsrailin bu ölkələrdəki səfirlikləri fəaliyyətlərini dayandırdı

27/03/2023 19:21

Türkiyədə növbəti ZƏLZƏLƏ

27/03/2023 19:00

Həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı

27/03/2023 18:33

Ramazan ayında ən çox verilən SUALLARA CAVABLAR

27/03/2023 18:18

Türkiyədən Fransaya ETİRAZ NOTASI – NƏ BAŞ VERİR?

27/03/2023 18:14

Azərbaycanlı müğənni qəfil dünyasını dəyişdi

27/03/2023 17:58

“Onu öldürüb sonra öləcəm…” – Tağı Əhmədovdan ƏSƏBİ REAKSİYA

27/03/2023 17:53

Müğənni aylıq 600 mini rədd etdi

27/03/2023 17:33

XƏBƏRDARLIQ! – Bu tarixdən hava kəskin dəyişir

27/03/2023 17:27

Xuraman Əlizadə: “Bəlkə heç Oqtay müəllim ölməyib?” – VİDEO

27/03/2023 17:22

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.