Türkiyənin məhşur sosial media fenomenlərindən olan Taha Duymaz Hatay bölgəsində ailəsi ilə birlikdə dağıntıların altından qalıb.
Medianews.az xəbər verir ki, bu haqda onun bacısı Semiha Duymaz sosial media hesabından paylaşım edib. “Xaiş edirik, yardım göstərin. Onlar dağıntılar altındadırlar” – deyə izləyicilərinə səslənən Semiha Duymaz həmin paylaşıma ev ünvanlarını da əlavə edib.
Qeyd edək ki, paylaşdığı yemək videoları ilə məşhurlaşan Taha Duymaz dekabr ayında verdiyi müsahibədə “Bəlkə ölüb gedəcəm, heç böyüməyəcəyəm” deyə fikirlər səsləndirmişdi. Hazırda hər kəs o videodan danışır :
Aytac Şahin
Medianews.az