Türkiyənin tanınmış aparıcısı Adıyaman Mercantv Proqramının aparıcısı İskender Korkut dünyasını dəyişib.
Medianews.az bildirir ki, bu barədə Anadolu Yayıncılar dərnəyinin sədri Sinan Burhan paylaşım edib.
Sinan Burhan İskender Korkutun ölümü barədə olan paylaşımda həmkarı üçün kədərləndiyini bildirib:
“Hörmətli həmkarımız Adıyaman Mercantv Proqramının aparıcısı İskender Korkut zəlzələdə dünyasını dəyişib. Qəbri nurla dolsun. Zəlzələnin ilk günü iki dəfə zəng etdim ki, milli kanallara qoşula bilər ya yox. Heç bir zəngimi açmadı. Bu gün ölüm xəbərini aldım. Allah rəhmət etsin!”.