Türkiyə yaşadığı böyük ağrının yaralarını sarmaq üçün mübarizə apararkən Samsunda yaşayan bir qadının çirkin paylaşımı sərt reaksiyalara səbəb olub.
Medianews.az xəbər verir ki, N.C. adlı qadın “whatsApp” statusunda “Şanlıurfa və Kahramanmaraşdakılar gəbərsin” mesajını paylaşıb.
N. C. həbs edildikdən sonra məhkəməyə verdiyi ifadəsində “Gənc yaşlarımda pis yollara düşdüm. Bəzi insanlara əsəbiləşdiyim üçün belə bir şey paylaşdım” deyərək özünü müdafiə edib. N.C. daha sonra yazısını sildiyini və buna görə peşman olub və zəlzələdən zərər çəkənlərə yardım göndərdiyini bildirib.
Məhkəmənin qərarı ilə N. C.-yə məhkəmə tərəfindən elektron qolbaqla ev dustaqlığı verilib.
Medianews.az