Müğənni Mustafa Sandal fevralın 6-da Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra fəlakət bölgəsinə 700 qızdırıcının verildiyini açıqlayıb.
Medianews.az bildirir ki, mərkəzi Kahramanmaraşda olan və 10 əyaləti əhatə edən iki güclü zəlzələ bütün Türkiyəni sarsıdıb. Ölkə daxilində milli matəm elan edilərkən, zəlzələ bölgələrində axtarış-xilasetmə işləri davam edir. Digər tərəfdən, yardımların çatdırılması üçün səylər göstərilir.
Tvitter hesabında paylaşım edən Sandal həyat yoldaşı Melis Sandalı da tag edib və “Zəlzələ bölgəsinə 700 qızdırıcı göndərməyə çıxdıq. Allah əməyi keçən hər kəsdən razı olsun” mesajını yazıb.