Türkiyə 6 fevral 2023-cü il bazar ertəsi günü Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ ilə sarsılıb.
Kahramanmaraşda baş verən zəlzələ Türkiyəni yasa qərq edib.
Hər keçən saat can itkisi artdıqca axtarış-xilasetmə işləri də aramsız olaraq davam edir.
Zəlzələdən sonra ölkə boyu 7 günlük milli matəm elan edilib, üç aylıq fövqəladə vəziyyət elan edilib.
Zəlzələdə həyatını itirənlərin cənazələri Kahramanmaraşda idman zalında toplanıb.
Əsrin fəlakətinin dördüncü günündə 10 əyalətdə 14 min 351 adam həyatını itirib.
Zəlzələ bölgəsində olan agentliklərin fotoları ürək ağrıdır: