“Anadolu plitəsindəki sürüşmə arta bilər”
Medianews.az xəbər verir ki, bu sözləri İtaliyalı zəlzələ mütəxəssisi Kahramanmaraşda baş verən güclü yeraltı təkanlar barədə danışarkən qeyd edib. O, əlavə olaraq bildirib ki, daha dəqiq məlumatlar bir qədər sonra ictimaiyyətə çatdırılacaq
“Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra ilkin təxminlərə görə, Anadolu plitəsi 3 metr məsafədə sürüşərək yer dəyişib, lakin bu rəqəm arta bilər. Peyk şəkillərini əldə etdiyimiz zaman bununla bağlı daha dəqiq məlumatlara sahib olacağıq”.
Aytac Şahin
Medianews.az