Adıyamanda dağıntılar altından çıxarılan 10 aylıq körpə Erva 3 saat sonra xəstəxanada dağıntılar altından çıxarılan anası ilə qovuşub.
Medianews.az bildirir ki, episentri Kahramanmaraş olan zəlzələdən zərər çəkən şəhərdə, dünən gecə saat 23:00 radələrində axtarış-xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılaraq Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına gətirilən körpə Erva müalicəyə aparılıb.
Burdurdan Adıyamana qədər 112 Təcili Xidmət qrupları tərəfindən baxılan körpə, təxminən 3 saat sonra dağıntılar altından çıxarılan anası Hatice Salhanla qovuşub.
112 Təcili Xidmət qrupları ana ilə körpənin bir araya gəliş anını fotoşəkil çəkərək Salhan və körpəsini müalicə edib. Xəstəxanada müalicə olunan körpə Erva və anasının səhhətinin yaxşı olduğu öyrənilib.
