Cümhuriyyət tarixinin ən böyük fəlakətini yaşayan Türkiyəyə dünyadan yardımlar gəlməyə davam edir.
Medianews.az bildirir ki, dünyanın hər yerindən Türkiyəyə həm maddi, həm də mənəvi yardımlar gəlir.
Türkiyəni sarsıdan zəlzələdən sonra idman dünyasının ulduzları da bir can olub. Dünya futbol ulduzları da bu zəlzələlərə səssiz qalmayıblar.
Dünya ulduzu Lionel Messi Türkiyəyə dəstək mesajları verib. O, Kahramanmaraşda baş verən zəlzələdən sonra ianə edib. Lionel Andres Messi Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra 3,5 milyon avro yardım etdiyini açıqlayıb.