AFAD Kahramanmaraşdakı zəlzələlərdə həyatını itirən və şəxsiyyəti müəyyən edilə bilməyən vətəndaşların DNT, qan nümunəsi və barmaq izlərinin alınaraq adlarının müəyyənləşdirilməsinə çalışılacağını bildirib.
Medianews.az xəbər verir ki, açıqlamada zəlzələ və dəfn xidmətlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı məlumat verilib.
Qeyd olunub ki, şəxsiyyətlər məhkəmə-tibb üsulları ilə müəyyən edilə bilməsə, 24 saatlıq gözləmə müddətindən sonra dəfn mərasimləri dini vacibatlara uyğun olaraq həyata keçiriləcək.
Medianews.az