Azərbaycan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada bildirilib ki, nazirliyə tabe olan qruplar Kahramanmaraşda dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir.
Medianews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Azərbaycanın axtarış-xilasetmə qrupları Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalan 3-ü uşaq 16 nəfəri xilas edib.
Açıqlamada qrupların dağıntılar altında qalan 3-ü uşaq olmaqla 16 nəfəri xilas etdiyi, 29 nəfərin cəsədinin tapıldığı bildirilib.
Qeyd edə ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə Azərbaycanın 400-dən çox əməkdaşı cəlb olunub.
Medianews.az