Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və ümumilikdə 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Azərbaycan axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyəyə 227 nəfərdən ibarət yeni heyət göndərib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin 227 nəfər şəxsi heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan Adanaya yola düşüb.
Azərbaycan axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə 420 şəxsi heyət göndərib.
Medianews.az