Ana və iki azyaşlı övladının nəşi bir-birinə sarılı vəziyyətdə dağıntılar altından çıxarılıb.
Medianews.az xəbər verir ki, cəsədlər Türkiyənin Kahramanmaraş bölgəsində 4 mərtəbəli binanın altından tapılıb.
Verilən məlumata əsasən, Selcan Bağış adlı qadın və onun iki körpəsi baş verən fəlakət nəticəsində faciəvi şəkildə həyatını itirib. Axtarışlar nəticəsində onların cansız bədənləri bir-birinə sarılmış formada dağıntıların altından çıxarılıb.Onların cənazələri Hakkari rayonunun Yüksekova ərazisində torpağa tapşırılıb.
Qeyd edək ki, ana və uşaqlarının axtarışında xilasetmə qüvvələri ilə birlikdə Selcan Bağışın atası da iştirak edib. Abuzeyt Yalçın adlı şəxs qızı və nəvələrini öz əlləri ilə yıxılan binanın altından çıxarıb.
Aytac Şahin
Medianews.az