Türkiyənin zəlzələ bölgəsindəki azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrılıb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təxliyə üçün nəzərdə tutulan avtobuslar 7 fevral saat 15:00-da siyahıda qeyd edilən təyinat nöqtələrində olacaq.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 3 419 nəfər həlak olub, 20 534 nəfər yaralanıb. Son məlumatlara görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.