Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Türkiyə və Suriyada baş verən zəlzələdə 1,4 milyonu uşaq olmaqla 23 milyon insan zərər çəkib.
ÜST nümayəndələrinin fikrincə, Suriyanın humanitar yardıma ehtiyacı daha çox imkanlara malik Türkiyə ilə müqayisədə xeyli yüksəkdir:
“Suriyada humanitar yardıma ehtiyacın səviyyəsi bu gün uzun sürən böhranın son 12 ilində ən yüksək səviyyədədir”, – bəyanatda deyilir.
Eyni zamanda, ÜST-nin qeyd etdiyi kimi, humanitar fəaliyyətlərin maliyyələşdirilməsi azalmaqda davam edir. Bundan əvvəl IFRC Suriyada zəlzələ nəticəsində 1,5 mindən çox insanın öldüyünü açıqlamışdı.
SAR Qırmızı Xaç zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Dəməşqdən sanksiyaların götürülməsinə çağırıb.