Türkiyədə baş vermiş zəlzələdə ölən və yaralıların sayı durmadan artır.
Minlərlə ev dağılıb. Uçmuş binaların dağıntıları altında qalanların çoxu sosial şəbəkələrdən istifadə edərək kömək istəyir.
İnsanlar onları harda axtaracaqlarını izah etməyə çalışır, evdə daha kimlərin olduğunu deyirlər. Havasızlığından gileylənir, sağollaşıb yaxınlarına sevgi sözləri çatdırırlar. Dünya mediası bu ürəkağrıdan kadrları dərc edir.
Bütün ölkə sevindirici xəbər gözləyir, lakin hər saat dağıntılar altında insanların sağ-salamat tapılması şansını azaldır.
Medianews.az Rus mətbuatına istinadla xəbər verir ki,Türkiyə hakimiyyəti 7,8 mindən çox insanı xilas edə bildiklərini, 2379 nəfərin öldüyünü, 14,5 minə yaxınının yaralandığını bildirir. Türkiyədə fevralın 12-dək milli matəm elan edilib.
Suriyada qeyri-rəsmi mənbələrə görə 1060 nəfər təbii fəlakətin qurbanı olub, 2400 nəfər yaralanıb. Rəsmi olaraq Suriya Səhiyyə Nazirliyi 656 nəfərin öldüyünü təsdiq edərək, ölən və yaralananların sayının artacağı ilə bağlı xəbərdarlıq edib. Xilasetmə əməliyyatları da davam edir. Yerli media yeni doğulmuş uşağın evin xarabalıqları altından xilas edilməsi, anasının ölməsi ilə bağlı kadrlar nümayiş etdirib.
Bir çox ölkələr, o cümlədən Rusiya zəlzələdən zərər çəkmiş ölkələrə yardım göndərib. Rusiya Fövqəladə Hallar Nazirliyinin 3 təyyarəsi təcrübəli xilasedicilər, həkimlər, kinoloqlar və avadanlıqlarla Türkiyəyə gəlib, səyyar xəstəxana gətirilib. Fövqəladə Hallar Nazirliyinin dördüncü kollegiyasında Rusiya xilasediciləri Suriyaya gedib.
Medianews.az