Türkiyənin məşhur “Yargı” serialının baş rol ifaçısı aktyor Uğur Aslan Hatayda baş verən zəlzələdə qardaşı, bibisi və qardaşı oğullarının dağıntılar altında qaldığını söyləyərək kömək istəyib.
Medianews.az xəbər verir ki, yayımladığı videoda lazımi yardımın bölgəyə çata bilmədiyini bildirən aktyor “Ailəmi itmiş sayırıq” deyib.
Sosial media hesabında yerləşdirdiyi video ilə dağıntılar altında qalan ailəsi ilə bağlı məlumat verən aktyor bunları deyib: “Çox pis günlər keçiririk. Hatayla bağlı çoxlu sual işarələri var. Təəssüf ki, qardaşım, bibim və qardaşım oğlu dağıntılar altındadır. Hazırda onları itmiş hesab edirik. Onlara müdaxilə etmək üçün heç bir proses həyata keçirilmir. Tək istəyim tez müdaxilə olunmasıdır. Heç olmasa sağ qalanlar üçün… Hər kəsin sağlamlığına qovuşması arzu edirəm”.
Medianews.az