Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Hatayın İskenderun rayonunda dəniz səviyyəsinin qalxması nəticəsində bəzi küçələri su basıb.
Medianews.az xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan, 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra İskəndərunda dəniz səviyyəsi qalxıb.
Çay Mahallesi Mete Aslan Bulvarında sahildən içəriyə doğru təxminən 200 metrlik su hövzələri əmələ gəlib. Sürücülər yolda hərəkət etməkdə çətinlik çəkir. Yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönəldir.
Qeyd edək ki, dənizdən gələn suyun yalnız yollarda olduğu və evlərə çatmadığı bildrilib.
Medianews.az