Türkiyədə baş verən zəlzələ ölkəni üç metr sürüşdürüb.
Medianews.az Rusiya mətbuatına istinadla xəbər verir ki, İtaliyalı geologiya professoru Karlo Donioli bildirib ki, yanvarın 6-da Türkiyədə baş verən zəlzələ ölkəni üç metr sürüşdürüb. Ərəb plitəsinin Anadolu plitəsindən təxminən üç metr şimal-şərqə və cənub-qərbə doğru irəlilədiyini izah edib:
“Söhbət fasiləsiz hərəkətdən gedir, qırılma müstəvisi çox əyilmişdir və hadisə zamanı biz qırılmanın iki tərəfinin üfüqi yerdəyişməsini görürük. İki litosfer plitəsi bir-birinə nisbətən hərəkət edib”, – ekspert izah edib.
Ərazi üzərində adi geoloji hərəkət ildə 2-3 millimetrdən çox olmur. Xüsusilə güclü zəlzələlər zamanı 30 sm-ə qədər hərəkət mümkündür:
Krım alimləri Türkiyədə zəlzələ olacağını əvvəldən güman edirdilər.
Medianews.az