“Biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik”.
Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda dağıntılar altında 53 317 nəfərdən ibarət axtarış-xilasetmə heyəti çalışır. Türkiyədən və xaricdən gələn komandaların sayı hər keçən saat artır.
Ərdoğan 3549 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, 22 168 nəfər xəsarət alıb. (Qafqazinfo)