Türkiyədə baş verən tarixi zəlzələlərdən dünyaya onlarla foto göndərən beynəlxalq xəbər agentlikləri Kahramanmaraşda bir atanın sözlə ifadə edilməyən ağrısını lentə alıb.
Beynəlxalq xəbər agentlikləri Associated Press ( AP ) və Agence France-Presse ( AFP ) Türkiyəni boğan zəlzələlərdən sonra onlarla fotoşəkili dünyaya təqdim edir.
Qeyd edək ki, Fevralın 6-da gecə yarısı Türkiyə tarixi zəlzələ ilə sarsıldı. Türkiyənin cənub qonşusu Suriyada da dağıntılara səbəb olan 7,7 bal gücündə zəlzələ şimalda Rusiyadan cənubda Misirə qədər 16 ölkədə hiss olunub.
İlk zəlzələdən doqquz saat sonra 7,6 bal gücündə daha bir zəlzələ bu dəfə Kahramanmaraşın Elbistan qəsəbəsi yaxınlığında baş verdi. Ekspertlər ikinci zəlzələnin gözlənilməz olduğunu bildirirlər.
Medianews.az