Türkiyəni yasa boğan zəlzələdən sonra saatlarla dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Əhməd Eyüp Türkaslanın həyat yoldaşı göz yaşları içində insanları köməyə çağırıb.
Medianews.az xəbər verir ki, hönkür-hönkür ağlayaraq kömək istəyən Kübra Türkaslan dağıntılar altında qalan həyat yoldaşından danışıb.
“Eyüp 30 saatdır dağıntılar altındadır. Heç kim onu dağıntıların altından çıxara bilmir, xahiş edirəm kömək edin”, -deyə Kübra Türkaslan bildirib.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan “Yeni Malatyaspor” klubunun qapıçısı Ahmet Eyüp Türkaslanın həyatını itirdiyi bildirilir. Bu barədə klubun keçmiş prezidenti Adil Gevrek məlumat verib.
Medianews.az