Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə dağıntılar altında qalanların xilas edilməsi işləri davam edir.
Medianews.az xəbər verir ki, AFAD və Beşir Dərnəyinin xilasetmə qrupları Şanlıurfada bir qızı 8 saat sonra dağıntılar altından sağ çıxarıb.
Bölgədəki axtarış-xilasetmə qrupları ilə yanaşı, Ankara və İstanbul kimi böyük şəhərlərdən xilasetmə qrupları da zəlzələ bölgəsinə göndərilib.
Mütəxəssislər dağıntılar altında zamanla yarışmağın əhəmiyyətinə diqqət çəkərkən, dağıntılar altından diri-diri çıxarılan hər bir şəxs komandaların və vətəndaşların əhval-ruhiyyəsini yüksəldir deyə bildiriblər.
Medianews.az