Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə böyük dağıntılar yaşayan Osmaniyedə xalq AFAD-ın qurduğu çadırlarda məskunlaşmağa başlayıb.
Medianews.az xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdə Osmaniyedə 85 bina dağılıb, bir çox binaya isə ciddi ziyan dəyib. İlk zəlzələdən sonra küçələrə çıxan vətəndaşların bir qismi başqa əyalətlərdəki qohumlarının yanına gedib, bir qismi isə şəhərdə qalmağa davam edib. Zəlzələdən sonra AFAD tərəfindən şəhərin müxtəlif yerlərində çadırlar qurulub. Zəlzələdən zərər çəkənlər bir çox nöqtədə qurulan çadırlarda yerləşdirilməyə başlanıb.
Evi zəlzələdə böyük ziyan gördüyü zaman AFAD çadırına yerləşdiyini ifadə edən Murat Şen, “Gecə vaxtı idi. Çox sarsılmışdıq. Ətrafdakı qonşular əsəbi idi. Dağılmış binaları, xarabalıqları gördük. Sadəcə özümüzü çölə atdıq. Evimiz məhv olub. AFAD çadırlarına gəldik. Şükürlər olsun ki, dövlətimiz bizimlədir. Biz bir ailə olaraq buradayıq” deyə açıqlama verib.
Perihan Pişkin əri Sıtkı Pişkinin evdən çıxmaq istəmədiyini və çətinliklə razılaşdığını izah edərək, “Evimizin alt mərtəbələri məhv olub. Həyat yoldaşım günortaya qədər evdən çıxmayıb. Əgər öləcəyiksə, burada ölək. Günortaya kimi məhlədə heç kim qalmayanda qardaşıma dedim ki, Allahın qəzəbindən rəhmətinə qaçaq. Çadırımızı qurdular. Biz nəvələrimizlə buradayıq. Dərhal çadırlar quruldu” deyib.
Evinə ciddi ziyan dəyən və bu səbəbdən ayrılmaq məcburiyyətində qalan Hatice Sabancı “Zəlzələ zamanı dağıntılar altında qalmadıq, ancaq evimiz çökdü. Evimizə külli miqdarda ziyan dəyib. Ona görə AFAD çadırlar verdi, orda qalırıq. Hər yerdə pisdir. Allah dövlətimizə rəhmət eləsin” deyə bildirib.