“İskenderunspor” iki məşqçisinin dağıntılar altinda qaldığını və təcili yardım gözlədiklərini açıqlayıb.
AFAD-dan verilən məlumata görə TFF 2-ci Liqa komandası İskenderunspor, zəlzələdən sonra iki məşqçinin dağıntılar altında qaldığını, xilasetmə işlərinə bütün klub işçiləri və futbolçuların cəlb edildiyini bildirib.
“İskenderunspor”un paylaşımı belədir:
“Zəlzələdən sonra texniki heyətimizdən iki məşqçimiz dağıntılar altında qalıb. Bütün klubumuzun işçiləri və futbolçularımız həm məşqçilərimizi, həm də dağıntılar altında qalan digər vətəndaşlarımızı xilas etməyə çalışırlar.”
Medianews.az